Mançini İtaliyanın baş məşqçisi postunu tərk edib
Roberto Mançini İtaliya millisinin baş məşqçi postunu tərk edib.
Bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) saytında məlumat verilib.
Qurum qeyd edib ki, mütəxəssisin ərizəsi qəbul edilib. FIGC yaxın günlərdə yeni baş məşqçinin adını açıqlayacağın bildirib.
Mançini 2018-ci ildən İtaliya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2020-ci ildə Avropa çempionu olub və iki dəfə UEFA Millətlər Liqasının gümüş medalını qazanıb.
2017-2018-ci illərdə Mançini "Zenit"də çalışıb. Onun rəhbərliyi altında komanda Rusiya çempionatının ilk üç qalibi sırasına düşə bilmədi.