"Mançester Yunayted" baş məşqçisi ilə müqaviləni yeniləyir


İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçi Ule-Qunnar Sulşerlə müqavilənin müddətini uzatmaq istəyir.

"Report" ESPN-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 48 yaşlı mütəxəssisin rəhbərliyi altında komandanın nəticələrindən razıdır.

Rəhbərlik norveçli baş məşqçinin daha uğurlu nəticələr qazanacağına inanır.

Qeyd edək ki, Ule-Qunnar Sulşer 2018-ci ildən "Mançester Yunayted"də işləyir. Onun klubla sözləşməsi 2022-ci ilin yayında başa çatmalıdır.

Komanda hazırda Premyer Liqada 57 xalla ikinci pillədə qərarlaşıb. "Mankunianlar" Avropa Liqasının 1/4 finalında İspaniya "Qranada"sı ilə üz-üzə gələcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu