UEFA AVRO-2020-ni dekabra təxirə sala bilər - YENİLƏNİB


UEFA AVRO-2020-ni dekabra təxirə sala bilər -


UEFA 17 mart toplantısında AVRO-2020-nin bu ilin dekabrına təxirə salınma məsələsinə baxacaq.



"Report"un məlumatına görə, bu barədə "The Telegraph" nəşri xəbər yayıb.

Bildirilir ki, belə bir təxirəsalınma təsdiqlənsə, bu, Avropada koronavirus epidemiyası ilə əlaqədar təxirə salınmış milli çempionatları başa vurmağa imkan verəcək.

*** 21:54

Hazırda UEFA AVRO-2020-nin koronavirus pandemiyası ilə əlaqədar təxirə salınması üzərində çalışır. "Report"un məlumatına görə, bu barədə qitə futbol qurumunun rəsmisi Evelina Kristillin açıqlama verib.

Daha əvvəl "L Equipe" nəşri Avropa çempionatının 2021-ci ilədək təxirə salınacağını yazıb. Rəsmi qərar martın 17-də qəbul olunacaq.

Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalıdır. Onlar arasında Bakı da var. A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin 1 matçı isə Bakı Olimpiya Stadionunda keçirilməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu