PSJ Messini transfer etmək istədiyini təsdiqlədi


PSJ Messini transfer etmək istədiyini təsdiqlədi


Fransanın PSJ klubu İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messini transfer etmək üçün ciddi səy göstərəcək.



"Report" "Sport.es"ə istinadən xəbər verir ki, Paris təmsilçisinin sahibləri 33 yaşlı hücumçunu almaq istədiklərini təsdiqləyib. Onlar bu keçidə görə pul ayırmağa hazırdırlar.

Klubun direktoru Leonardo artıq transferin detallarını müzakirə etmək üçün Messi ilə əlavə saxlayıb.

Qeyd edək ki, Lionel Messi "Barselona"dan ayrılmaq niyyətindədir. O, 2004-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu