"Qəbələ" klubunun prezidenti cəbhədən qayıtdı


"Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov cəbhədən qayıdıb.



"Report"un məlumatına görə, 42 yaşlı funksioner yenidən öz işinin başına keçib. Lakin o, müəyyən səbəblərdən Azərbaycan Premyer Liqasının XI turunda bu gün keçirilmiş "Sumqayıt"la səfər matçını (1:0) stadiondan izləyə bilməyib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin ilk günlərindən ehtiyatda olan zabit kimi döyüşlərə qatılan Fariz Nəcəfov hərbi əməliyyatlar zamanı korpus komandiri general-mayor Mayis Barxudarovun mühafizəsini təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu