Gəncədə 10 300 manatlıq oğurluq edən şəxs tutuldu


Gəncədə evdə, mağazada və köşkdə oğurluq hadisəsi baş verib.



Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-nə keçən gecə Gəncə şəhərindəki mağazaların birindən 4 820 manat dəyərində kserokopiya cihazı və ofis ləvazimatları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qurbanov saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 4 evdən 4 200 manat dəyərində 6 ədəd xalça, elektrik naqili, cihazlar, kombi, məişət və kosmetik əşyalar, 3 mağazadan pul, tütün məmulatı, kassa aparatı, 3 ədəd qapı tutacağı, 254 manat dəyərində geyim əşyaları, 1 lombarddan noutbuk və mobil telefon və 1 köşkdən isə 1 032 manat dəyərində tütün məmulatı və enerji içkiləri oğurlaması da müəyyən edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu