Əhməd bəy Ağaoğlu barədə yeni kitab nəşr edilib


Aydın Balayevin "Əhməd bəy Ağaoğlu: dahi mütəfəkkir, qorxmaz fədai və yorulmaz millət qurucusu (1869-1939)” kitabı nəşr edilib.



JekoPrint Çap Evi tərəfindən çap edilən kitabda müsəlman Şərqində modernləşmə hərəkatının ən ardıcıl tərəfdarı və türkçülük məfkurəsinin yaradıcılarından biri olan dahi mütəfəkkir və ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığından bəhs edilir.

Müəllif çoxsaylı tarixi qaynaqlara əsaslanaraq, 50 ildən də artıq bir zaman kəsiyində bu bənzərsiz şəxsiyyətin ideoloji və siyasi görüşlərinin təkamül prosesini, eləcə də əməli fəaliyyətini işıqlandırmağa çalışıb.

Kitab tarixçilər, etnoloqlar, politoloqlar və milli tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu