Azərbaycanda baş redaktor vəfat etdi


Azərbaycan Tibb Universitetinin "Təbib" qəzetinin baş redaktoru, Əməkdar jurnalist, şair Eldar İsmayıl Böyüktürk vəfat edib.



"Report"un xəbərinə görə, o, fevralın 20-də 79 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, E.İsmayıl 10 mart 1942-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. İlk mətbu əsəri Eldar Ağbulaqlı imzası ilə "Lenin yolu" qəzetində 1961-ci ildə "Kəndimiz" adlı şeiri ilə başlayıb.

2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

O, "Xüsusi mükafat"a layiq görülmüş "Göyçənin qisası qalır" və "Səttar oğlu" tarixi romanlarının, "Məndən ötrü Ermənistan yoxdu, yox", "Ağrı dağı qədər ağrılarım var", "Ermənistan türklərinin 1988-ci il soyqırımı" publisistik əsərlərinin müəllifidir.

E.İsmayıl Azərbaycan Tibb Universitetinin nəşri olan "Təbib" qəzetinin baş redaktorudur. 2010-cu ilin sentyabrın 20-də ona Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adı verilib.

Allah rəhmət eləsin!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu