Azərbaycanlı müğənni açıq-saçıq şəkillərini yayanları polisə verəcək


Müğənni Xuraman Şuşalı illər əvvəl çəkdirdiyi açıq-saçıq fotolarını sosial şəbəkələrdə yayan şəxslərlə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək.



AFN xəbər verir ki, ifaçı bu haqda “MTV” kanalına açıqlamasında bildirib.

O qeyd edib ki, həmin görüntüləri silməyənlərdən şikayətçi olacaq:

“Əvvəla, xahiş edirəm ki, o görüntüləri silin. Tez-tez açıq və qapalı formada olan görüntülərimi kollaj edib yayırlar. İcazə vermirəm. Bu məsələni hüquqi yolla həll edəcəyəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu