Vətən müharibəsinin iştirakçısı olan Avropa çempionumuzun problemi həll edildi


Bakıda Vətən müharibəsi iştirakçısı olan idmançıya məşğulluq üçün yardım edilib.



Bu barədə Reaksiya.az-a uşu üzrə Avropa çempionu, Vətən müharibəsi iştirakçısı Elvin Eminli bildirib. Avropa çempionu qeyd edib ki, müharibədən qayıdandan sonra işsizlik probleminin aradan qaldırılması üçün yaşadığı Binəqədi rayonundan olam millət vəkil Madər Musayevə müraciət edib: "İdmanla məşğul olmaq, həmçinin məşğulluq üçün idman zalı inşa etdirmək istəyirdim. Bu məqsədlə torpaq sahəsi alsam da, ərazidə tikinti aparmaq üçün icazəm yox idi. Məsələ ilə bağlı Binəqədi rayonundan olan millət vəkilimizə müraciət etdim. Millət vəkilimiz Madər Musayev mənimlə görüşüb problemimlə ətraflı maraqlandı.

Görüşdən sonra Madər Musayev dərhal məsələ barədə Binəqədi rayon İcra Hakimiyyəti qarşısında məsələ qaldırdı. Məsələ araşdırıldı və problemim qısa müddətdə həllini tapdı. Madər Musayevin köməkliyi ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı mənim həmin torpaq sahəmdə idman zalı tikməyim üçün sərəncam verdi. Bu işdə mənə yardım edən hər kəsə təşəkkürümü bildirirəm".

Xatırladaq ki, uşu üzrə Avropa çempionu, idman ustası Elvin Şövqi oğlu Eminli həmçinin Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir. E. Eminli 2020-ci il sentyabrın 27-də təhsilini yarımçıq qoyaraq könüllü olaraq Vətən müharibəsinə yollanıb. O, Xocavənd və Füzuli rayonlarının işğaldan azad olunmasında xüsusi qəhrəmanlıqlar göstərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu