Azərbaycan Uşaqlar Birliyi niyə dezinfeksiya olunmur?




"Azərbaycan Uşaqlar Birliyi hələ də dezinfeksiya olunmayıb”.



Bunu birliyin sədri Kamalə Ağazadə deyib. O, məsələ ilə bağlı Binəqədi İcra Hakimiyyətinə müraciət edib: "Hələ ötən həftə Binəqədi Rayon icra hakimiyyətinə müraciət etmişəm. Amma bu günə kimi sığınacaq dezinfeksiya olunmayıb. Uşaqların taleyindən narahatam”.

Məsələ ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, Azərbaycan Uşaqlar Birliyinin məktubu baxılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib.(Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu