Rusiyalı olimpiya çempionu vəfat etdi


Ağırlıqqaldırma üzrə rusiyalı olimpiya çempionu Viktor Kurentsov vəfat edib.

"Report" yerli mətubata istinadən xəbər verir ki, o, 80 yaşında dünyasını dəyişib.

Kurentsov 1968-ci ildə Meksikadakı Yay Olimpiya Oyunlarında qalib olub.

İdmançı Avropa çempionatlarında 7, dünya çempionatlarında isə 6 dəfə qızıl medal əldə edib. 9 qat SSRİ çempionu olmuş Kurentsov 26 dəfə dünya rekordu qırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu