Tanınmış ailənin üç üzvü koronavirusdan VƏFAT ETDİ- FOTO


Əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev vəfat edib.

AFN Axşam.az-a istinadən xəbər verir ki, tarzən koronavirus infeksiyasına yoluxub. O, 73 yaşında dünyasını dəyişib.

S.Mustafayevin qızı Hökümə xanım Axşam.az-a açıqlamasında bildirib ki, atası 10 gündür xəstəxanada müalicə alırdı:

"Bacım Təravət virusdan vəfat etdi. 7 gün əvvəl anam Lətifə xanım da koronavirusdan dünyasını dəyişdi. 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alırdı. Atamı isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirmişdik. Xilas edə bilmədilər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu