2021-ci ildə itirdiyimiz sənəd adamları - Çoxu koviddən vəfat etdi
2021-ci bitməsinə sayılı günlər qalıb. Geridə qoyduğumuz ildə sənət aləmində çox sayda itkilərimiz olub. Onların bir çoxunun ölümünə isə son 2 ilin bəlası Covid-19 səbəb olub.
AFN axsam.az-a istinadən 2021-ci ildə vəfat edən sənət adamlarının siyahısını təqdim edir:
- Xalq artisti Arif Quliyev bu ilin mayında koronovirus infeksiyasına yoluxub. Aktyor müalicə alsa da, mayın 7-də xəstəxanada dünyasını dəyişib.
- Xalq artisti Canəli Əkbərov bu ilin oktyabrında 81 yaşında dünyasını dəyişib. Xanəndə II Fəxri Xiyabanda dəfn edilib.
- Xalq artisti Rafiq Hüseynov (Rəmiş) aprelin 5-də vəfat edib. Gitara ifaçısının səhhəti ağırlaşmış, xəstəxanaya yerləşdirilmişdi. Onun ağ ciyərlərində problem olsa da, xəstəxana koronovirusdan vəfat etdiyini açıqlayıb.
- Müğənni Aslan Hüseynov avtomobil qəzasında dünyasını dəyişib. Sənətçi Gəncədən gələrkən sükan arxasında yatıb və qarşıdakı maşına çırpılıb.
- Müğənni Səyyad Əlizadə sentyabrın 30-da vəfat edib. Sənətçinin ölümünə səbəb koronovirus infeksiyası olub.
- Xalq artisti Ramiz Əzizbəyli də bu ilin yayında koronavirusa yoluxub. Aktyor yerləşdirildiyi xəstəxanada iyunun 9-da dünyasını dəyişib.
- Əməkdar artist Zöhrə Abdullayeva da 2021-ci ildə itirdiyimiz sənətkarlardan olub. O, mayın sistem qırmızı qurd eşənəyi səbəbimdən 28-də dünyasını dəyişib.
- Xalq rəssamı Tahir Salahov mayda Almaniyada müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
- Xalq artisti Səməd Səmədov iyulun 24-də dünyasını dəyişib. Onun ölümünə səbəb koronovirus infeksiyası olub.
- Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qoca da bu ilin mayında vəfat edib.
- Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev bu ilin aprelində dünyasını dəyişib.
- 2021-ci il yanvarın 4-də bəstəkar Nailə Mirməmmədli dünyasını dəyişib. O, infarkt keçirmişdi.
- Yanvarda vəfat edən digər bir sənət adamı isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov olub. O, koronovirus infeksiyasından dünyasını dəyişib.
- Əməkdar artist Əlican Əzizov fevralda vəfat edib.
- Xalq artisti Yalçın Rzazadə 74 yaşında vəfat edib. O, uzun sürən xəstəlikdən sonra fevralda dünyasını dəyişib.
- Xalq artisti Ramiz Məmmədov vəfat edib. Onun ölümünə səbəb xərçəng olub.
- Gənc muğam ifaçısı Tuqay İsmayılov vəfat edib. Onun ölümünə koronovirus infeksiyası səbəb olub.
- Əməkdar artist Baloğlan Əşrəfov. Koronavirusa yoluxan müğənni aprel ayında evində dünyasını dəyişib.
- Rusiya və Azərbaycanın Əməkdar artisti Mutay Xadulayev 2021-ci ildə dünyasını dəyişib.
- Xanəndə Xasməmməd Hacıyev vəfat edib. Sentyabrda koronavirusa yoluxan xanəndənin həyatını xilas etmək mümkün olmayıb.
- Xalq artisti, “Qaya” estrada-simfonik orkestrinin yaradıcısı və bədii rəhbəri Teymur Mirzəyev sentyabrda vəfat edib. T.Mirzəyev 85 yaşında ömrünün son illərini yaşadığı İsraildə dünyasını dəyişib.
- Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib. 86 yaşında dünyasını dəyişən aktyorun ölümünə koronovirus infeksiyası səbəb olub.
- Azərbaycanın Əməkdar artisti, Prezident təqaüdçüsü Firudin Ələkbərov 100 yaşında vəfat edib. Onun ölümünə səbəb ürək çatışmazlığı olub.
- Xalq artisti, rejissor, professor Ağakişi Kazımov dünyasını dəyişib. O, bu ilin oktyabrında 85 yaşında dünyaya gözlərini yumub.
- Bu ilin sentyabrında Əməkdar artist Yaqub Zurufçu da həyatla vidalaşıb. Müğənninin ölümünə səbəb koronovirus infeksiyası olub.
- Xalq artisti Vaqif Əliyev 81 yaşında vəfat edib. Bildirilib ki, V.Əliyev ürək çatışmazlığından dünyasının dəyişib.
- Nağara ifaçısı Gülağa Quliyev bu ilin noyabrında vəfat edib.Onun ölümünə ürək-damar çatışmazlığı səbəb olub.
- Əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev vəfat edib. 73 yaşlı musiqiçinin ölümünə səbəb koronovirus infeksiyası olub. Onun eyni zamanda 2 qızı, həyat yoldaşı və qudası da Covid-19-un qurbanı olub.
- Xalq şairi Musa Yaqub da bu il 84 yaşında dünyasını dəyişib. M.Yaqub parkinson xəstəliyindən əziyyət çəkirdi.