İsraildə matəm elan olunub


İsrailin Meron dağı yaxınlığında keçirilən Laq Ba-omer dini tonqal qalama mərasimi zamanı baş verən faciə ilə əlaqədar mayın 2-si ölkədə milli matəm günü elan edilib.



“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu video-müraciətində bildirib.

Qeyd edək ki, mərasim zamanı yaranan izdihamda 44 nəfər ölüb, 50 nəfər yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu