Keniyada daşqınlarda həyatını itirənlər üçün milli matəm elan edilib


Keniyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirən 238 nəfər üçün milli matəm elan edilib.



Keniya prezidenti Uilyam Ruto mətbuata verdiyi açıqlamada daşqınlarda həlak olanlar üçün milli matəm elan edildiyini bildirib.

Ruto daşqınlarda həyatını itirən 238 nəfərin yasını tutmaq üçün mayın 10-u cümə günü rəsmi tətil elan etdiyini söyləyib.

Keniyada daşqınlar nəticəsində 238 nəfər həyatını itirib, 235 min insan isə köçmək məcburiyyətində qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu