Türkiyə ilə bağlı qorxunc statistika: ildə 200 min nəfər...
Həkimlər qış aylarında yaşlılarda yıxılma səbəbiylə sümük qırıqlarının artdığını və Türkiyədə ildə təxminən 150-200 min omba sınığının müalicə olunduğunu bildiriblər.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, Bilkent Şəhər Xəstəxanası Ortopediya və Travmatologiya Klinikasının İnzibati və Təhsil Sorumlusu dr. Güzelali Özdemir verdiyi açıqlamada insanlarda sümük qırıqlarının mövsümə görə dəyişdiyini açıqlayıb.
Dünyada və Türkiyədə hər il ciddi sınıq hallarına rast gəlindiyinə diqqət çəkən Özdemir, "Uşaqların sınıqlarını yay aylarında daha çox görsək də, qışda yıxılmanın və xüsusilə yaşlıların sınıqlarının daha çox artdığını görürük. Əslində, sınıqların sayı ictimai sağlamlıq problemi təşkil edəcək qədər yüksəkdir. Çnüki bəzən sonradan xəstələnmə və ölüm üçün əhəmiyyətli səbəb ola bilər" - deyə bildirib.
Omba sınıqlarının daha çox yaşlılarda meydana gəldiyini, bilək, çiyin və dirsək sınıqlarının da çox olduğunu vurğulayan Özdemir deyib: "ABŞ-da ildə 800 minə yaxın omba sınığının müalicə olunduğu bildirilir. Əhali ilə müqayisədə ölkəmizdə hər il təxminən 150-200 min omba sınığı müalicə olunduğunu deyə bilərik ki, bu da çox yüksək göstəricidir. Omba sınıqları xəstələrdə əhəmiyyətli problemlərə səbəb ola bilir. Bu, cərrahi yolla müalicə olunduğu üçün həm müalicə xərcləri artır, həm xəstələrin əhəmiyyətli bir hissəsi müstəqil yerimə qabiliyyətini itirir və təəssüf ki, bir hissəsi də hər cür müalicəyə baxmayaraq sağala bilmir, müəyyən müddətdən sonra ölür."
Mütəxəssisin sözlərinə görə, omba sınıqlarının yaşlandıqca riski artır. Özdemir qeyd edib ki, omba sınığı insanlarda 65 yaşdan sonra daha çox olur, və risk hər 10 ildən bir artır. Bunun səbəbi isə əsasən osteoporozdur.
Yaşlılarda ürək-damar xəstəliklərinin də omba sınığı əməliyyatlarını çətinləşdirdiyini izah edən Özdemir, əməliyyatdan sonrakı reabilitasiya proseslərinin problemli yaratdığını söyləyib. "Bud-çanaq sınıqlarında əsas problem osteoporozdur. Sümük osteoporozunun qarşısı alınmalı və diaqnoz qoyulduqda tez müalicə olunmalıdır. Osteoporozun qarşısını almaq üçün erkən yaşlardan kifayət qədər kalsium almaq vacibdir. Çünki təxminən 20 yaşın sonlarına doğru orqanizmdə kalsium maksimum həddə çatır, bundan sonra tədricən itki başlayır. Bu itki hər 10 ildən bir artmaqda davam edir. Xüsusilə qadınlarda menopozdan sonra daha sürətli itki müşahidə olunur. Ona görə də maksimum kalsium səviyyəsi təmin edilməli, insanlar mütəmadi olaraq idman etməli, günəş işığı almalı, piylənmədən və bəzi müşayiət olunan xəstəliklərdən qorunmalıdırlar".
Dos. Dr. Özdemir həmçinin yaşlı insanlara zərurət olmadıqca buzlu, qarlı havada çölə çıxmamağı, çölə çıxacaqları halda isə sürüşməyə qarşı altlıqlı ayaqqabılara üstünlük vermələrini, evdə də müəyyən tədbirlər alınmasını tövsiyə edib.