Eyni anda 3 xəstəliyi aşkar edəcək: Yeni aparatın istifadəsinə başlanır!


Eyni anda 3 xəstəliyi aşkar edən yeni diaqnostika aparatı xəstəxanalarda istifadə edilməyə başlayır.


AFN.az xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyi Koronavirus Elmi Komitəsinin üzvü, Ankara Bilkent Şəhər Xəstəxanası Reanimasiya Müdiri professor
Səma Kultufan Turan bildirib ki, bir nümunə ilə eyni anda üç xəstəliyi aşkar etməyə imkan verəcək yerli diaqnostika dəsti bir neçə gün ərzində istifadəyə veriləcək. O, qış aylarında xüsusilə soyuq hava ilə birlikdə qrip viruslarının tez-tez baş verdiyinə diqqət çəkərək, əvvəlki dövrlərdən fərqli bir vəziyyətin olmadığını və narahatçılığa əsas olmadığını vurğulayıb.

Covid-19-un hökmranlığı və fərdi tədbirlərin təsiri ilə son iki ildə bu cür viruslara çox rast gəlinmədiyinə diqqət çəkən professor bildirib ki, Covid-19 son bir neçə ayda azalıb, lakin digər virus faktorlarında ciddi artım var. "Düşünürük ki, fevral ayında da vəziyyət belə davam edəcək” - deyə professor bildirib.

Xalq arasında ən çox rinovirus, RSV və qripə rast gəlindiyini deyən Turan, insanların hərarət, baş ağrısı, boğaz ağrısı, halsızlıq, burun axması, həzm sistemi problemləri ilə xəstəxanalara müraciət etdiklərini bildirib. O, xəstələrin tez-tez şiddətli hərarət və yorğunluq yaşadıqlarını vurğulayaraq qeyd edib ki, bu virus faktorlarının yaratdığı xəstəliklər bir az daha uzun çəkir: "Önəmli olan insanların qidalanmasına, maye qəbuluna və istirahətinə fikir verərək özlərini təcrid etmələri, bədən müqavimətini gücləndirmələridir. Bu mənzərənin yaratdığı xəstəlikdə ağciyər tutulması çox tez-tez gördüyümüz bir hadisə deyil, yalnız yuxarı tənəffüs yolları xəstəliyi ilə davam edir”.

Bəzən xəstədə eyni anda müxtəlif virus infeksiyalarının görülə biləcəyini vurğulayan professor deyib: "Bu vəziyyət fərddən fərdə dəyişir. Ancaq ətraf mühitdə birdən çox virus faktoru olduğu üçün viruslar sanki doğru yolu tapıb. Onlara ev sahibliyi edir. Ona görə də xəstəlik uzun müddət davam edir. İnsanlar eyni anda həm Covid-19, həm də qrip və ya rinovirus keçirə bilər. Amma bu nadir halda baş verir. Ancaq bədən müqaviməti az olan, əlavə xəstəlikləri olan, yaşlı insanlarda bu vəziyyətlə rastlaşa bilərik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu