COVİD ötüb keçir, dünya yeni pandemiyalarla üz-üzədir... - Professor


"COVİD-19 çoxsaylı mutasiyaya uğrayıb. Sonuncu mutasiyaya uğrayan formanın təhlükəliyi ondan ibarətdir ki, bu, daha asanlıqla toxumalara daxil olub yayılır və nisbətən də dözümlülük əldə edir".



Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla bildirib. Onun fikirincə, bu, pandemiya dövründə virusun ilk mutasiyası deyil: "Virusun bu forması ilə bağlı ciddi araşdırmalar gedir, tədqiqatlar aparılır. Dünya Səhiyyə Təşkilatının bununla bağlı rəyi ortada deyil. Birləşmiş Krallığın alimlərinin də son rəyi yoxdur, tədqiqat gedir. Yəqin ki, bunun belə olacağı təqdirdə mövcud vaksinlərə müəyyən dəyişikliklər ediləcək".

Adil Qeybulla vurğulayıb ki, koronavirusun digər viruslar kimi orqanizmdə lövbər salmaq kimi şansı yoxdur:

"Qısa müddətə ötüb keçir. Dünya qlobal pandemiyalar ilə üz-üzədir. Məsələn, Dünya Səhiyyə Təşkilatı 2019-cu ildə sağlamlıqla bağlı 10 təhlükəli məqam açıqlayıb. Onlardan biri qrip pandemiyasının gözlənilməsidir. Nə vaxt baş verəcək, onu bilmirik. Amma fakt budur ki, onu gözləyirlər. Bu, alimlərin gəldiyi nəticədir. Koronavirus ilk dəfə insanlarda 1965-ci ildə tapılıb. 55 ildən sonra koronavirus pandemiyası baş verib. Heç kim deyə bilmir ki, qrip pandemiyası nə vaxt baş verəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu