Məşhur aktrisa ölüləri görə bildiyini iddia edib


Məşhur aktrisa Keyt Hudson uşaq ikən ölüləri gördüyünü iddia edib.



"How to Lose a Guy In 10 Days" filminin ulduzu mayın 7-də Sirius XM-in "The Howard Stern Show" proqramında altıncı hissi haqqında danışıb.

Hudson aparıcının “ölü insanları görə bilirsənmi” sualına “hər şeyi görə bilirəm” cavabını verib.

"Independent" Türkiyənin xəbərinə görə, Stern zarafatla Hudsonun mərhum atasının ruhunu görüb-görmədiyini soruşduqda, 45 yaşlı aktyor qabiliyyətinin əsasən ruhani varlıqlardan gələn mesajlar və tarot kartlarını oxumaqdan ibarət olduğunu açıqlayıb:

"Mən kiçik bir qız olanda həqiqətən dəli idim, çünki hər zaman xəyalları görürdüm".

Daha sonra aparıcı Hudsondan ölümdən sonra həyatla bağlı bir qədər ümid verməsini istəyib və məşhur aktyor bunun bizim təsəvvür etdiyimizdən daha elmi olduğunu vurğulayıb.

"Mən inanıram ki, axirət çoxölçülüdür və biz hər şeyi bilməliyik, amma bilmirik və ora çatanda görəcəyik. Düşünürəm ki, bu, çox qəribə, lakin gözəl olacaq," deyə Hudson əlavə edib.

Xatırladaq ki, üç uşaq anası psixi keyfiyyətləri haqqında danışıb. Hudson 2014-cü ildə Alan Karrın "Chatty Man Show" proqramının bir bölməsində "siması olmayan qadın xəyalı" gördüyünü açıqlamışdı: "Bu, həqiqətən ürküdücü idi".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu