Nikolas Keyc borc ucbatından aşağı büdcəli filmlərə çəkilməyə məcbur olub
Aktyor Nikolas Keyc borclarına görə aşağı büdcəli filmlərdə çəkilməli olduğunu açıqlayıb.
AFN.az xəbər verir ki, o, bu haqda "60 Minutes"ə müsahibəsində danışıb. Aktyorun sözlərinə görə, uğursuz sərmayələr səbəbindən altı milyon dollar borcu olanda aktyorluq ona kömək edib. "Mən daşınmaz əmlaka çox sərmayə qoymuşam. Daşınmaz əmlak bazarı çökdü və mən vəziyyətdən çıxa bilmədim. Hər şeyi qaytara bildim, amma məbləğ təxminən altı milyon dollar idi. Heç vaxt müflis olmamışam" - deyən aktyor işinin həmişə onun qoruyucu mələyi olduğunu vurğulayıb.
Nikolas Keyc daha əvvəl böcəklərin pəhrizinin qlobal aclığı həll edə biləcəyini təklif etmiş və onları daha böyük fayda üçün yeməyə çağırmışdı. "Əgər siz həşəratların qorxusundan və fobiyasından xilas olsanız, o zaman bütün dünyada aclıq problemini həll edə bilərsiniz. Yüksək protein, yağ yoxdur, əla qida xüsusiyyətləri var. Ən əsası isə onlar hər yerdədir!" - deyə aktyor böcəklərin faydalarından danışıb. Lakin o, özü də etiraf edib ki, bu, heç vaxt baş verməyəcək.