Məşhur aktyor beyin anevrizması keçirib: Vəziyyəti ağırdır


"Sıravi Rayanı xilas etmək" və digər bir çox başqa filmlərdə rol alan aktyor Tom Sizemor evdə keçirdiyi beyin anevrizması səbəbindən reanimasiyaya aparılıb. 61 yaşlı Saymorun vəziyyətinin ağır olduğu bildirilir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Tom Sizemorun sözçüsü Çarlz Laqo mövzu ilə bağlı verdiyi açıqlamada aktyorun ailəsinin də həyəcanla gözlədiyini bildirib. Laqo, beyin anevrizması keçirən zaman Tom Sizemorun Los-Ancelesdəki Cənubi Main Streetdəki mənzilində olduğunu deyib. Onun sözlərinə görə, Sizemor beyin anevrizması keçirdikdən sonra huşunu itirib. Hazırda reanimasiyada müşahidə altında olan Sizemorun vəziyyəti stabildir.

Aktyor xəstələndiyi zaman "Impuratus" filmində oynamağa hazırlaşırmış. Sizemore ekran işində detektiv rolunu oynayacaqdı.

Tom Sizemore aktiv şəxsi həyatı ilə yanaşı, pis vərdişləri ilə də zaman-zaman mətbuatın mövzusu olub. Aktyor narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi üçün də saxlanılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu