"BBC"nin məşhur aparıcısı vəfat etdi


"BBC"nin Şotlandiya televiziyasının aparıcılarından biri, eyni zamanda uşaq kitablarının müəllifi Nik Şeridan 32 yaşında vəfat edib.



Bildirilib ki, gənc televiziya xadimi qaçmağa gedərkən qəflətən yıxılıb və beyin anevrizması olub.

"Drivetime" və "Reporting Scotland" proqramları ilə tanınan Şeridan bir neçə gün reanimasiyada qaldıqdan sonra çərşənbə günü vəfat edib.

Şeridanın ölüm xəbərini onun işlədiyi "BBC Scotland"ın xəbər direktoru Qari Smit açıqlayıb.

Mənbə: Haberglobal.com.tr



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu