Məşhur ulduzdan şok etiraf: Babam mənə təcavüz edib
Dünya şöhrətli ulduz Saron Stoun uşaqlıqda yaşadıqlarını "İki dəfə yaşamağın gözəlliyi" adlı kitabına daxil edib. Məşhur aktrisa kitabında həm bacısı, həm də özünün babaları tərəfindən təcavüzə məruz qaldıqlarını yazıb.
63 yaşlı ulduz kitabda nənəsinin də özünü və bacısı Kellini bir otaqda kilidlədiyini də qeyd edib. Stoun babasının öldüyündən əmin olmaq üçün onun tabutuna toxunduğunu da etiraf edib. O, yazdığı sətirlərdə babasının artıq həyatda olmadığından qəribə bir məmnunluq hiss keçirdiyini qeyd edib.
Qeyd edək ki, Stounun babası Klarens Lavson məşhur ulduzun 14 yaşı olarkən dünyasını dəyişib.//AZXEBER.COM