Qlobal bazarlarda qeyri-müəyyənlik davam edir



ABŞ Xəzinədarlığının uzunmüddətli istiqrazların geri alınması əməliyyatlarının həcmini artırmaq qərarının istiqraz bazarlarında müvəqqəti rahatlıq yarada biləcəyi gözləntisi fonunda qlobal bazarlarda qarışıq dinamika müşahidə olunur. 

AFN.az xəbər verir ki, inflyasiya mühiti və yüksək dövlət xərcləri iqtisadiyyatlara mənfi təsir göstərərkən, fond bazarları üzərində də təzyiq yaradır.

İnflyasiya mühiti və yüksək dövlət xərcləri iqtisadiyyatlara mənfi təsir göstərərkən, fond bazarları üzərində isə təzyiq yaradır. ABŞ Xəzinədarlığının borclanma xərclərini azaltmaq planının yalnız qısamüddətli həll olacağı və yüksək enerji qiymətlərinin inflyasiya ilə bağlı narahatlıqları artıracağına dair narahatlıqlar istiqraz bazarında müşahidə olunan rahatlığın qısa müddətli olmasına səbəb olub.

Sözügedən addım investorlar tərəfindən borclanma xərclərini azaltmaq üçün qısamüddətli həll yolu kimi qiymətləndirilir. Analitiklər investorların ABŞ Xəzinədarlığının uzunmüddətli istiqrazların geri alınmasını artırmasının təsirlərinə şübhə ilə yanaşdığını bildiriblər.

ABŞ Xəzinədarlığının müdaxiləsi siyasətçilərin son dövrdə istiqraz gəlirliliklərindəki sürətli artımdan narahat olduğunun göstəricisi olsa da, bu addımın istiqraz bazarındakı riskləri azaltmayacağı proqnozlaşdırılır.

Digər tərəfdən, ABŞ Xəzinədarlığının naziri Skott Bessent uzunmüddətli istiqrazlar üçün həyata keçirilən geri alım əməliyyatlarının 4 milyard dollardan çox ola biləcəyini bildirib. İran gündəmi ilə bağlı da danışan Bessent tarixdəki ən ağır sanksiyaları tətbiq edəcəklərini və İranı çökdürəcəklərini ifadə edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da İrana qarşı iqtisadi əməliyyat elan edib. Tramp “Bu, misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq” ifadəsini işlədib.

ABŞ Prezidenti həmçinin maliyyə qurumları, şirkətlər, hava limanları və ya dövlət qurumları vasitəsilə İrana hər hansı formada xilas dairəsi təqdim edən ölkələri böyük iqtisadi nəticələrlə üzləşəcəkləri barədə təhdid edib.

ABŞ-ın vitse-prezidenti JD Vens isə İranla müharibənin yeni mərhələyə daxil olduğunu və hazırda əllərindəki ən təsirli vasitənin iqtisadi təzyiq olduğunu bildirib.

ABŞ rəsmilərinin İrana qarşı iqtisadi sanksiyalarla bağlı açıqlamaları geosiyasi risklərin iqtisadi aspekti ilə bağlı problemlərin daha da dərinləşə biləcəyinə dair narahatlıqları artırıb.

Bu inkişaflarla yanaşı, ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəsmilərinin açıqlamaları da yaxından izlənilir. San-Fransisko FED-in prezidenti Meri Deyli qabaqlayıcı xarakterli faiz artımının həyata keçirilib-keçirilməməsi ilə bağlı çox şey eşitdiyini, lakin bunun həll edilməli təcili problem olduğuna dair çox az dəlil gördüyünü bildirib.

Sent-Luis Fed-in prezidenti Alberto Musalem də mərhələli faiz artımlarının daha böyük və qəfil artımlarla müqayisədə daha məqsədəuyğun olduğunu deyib.

Musalem sentyabr ayında keçiriləcək pul siyasəti iclasında hansı istiqamətdə addım atacağı ilə bağlı qərarının məlumatlardan asılı olacağını diqqətə çatdıraraq, “Hər iclasa açıq fikirli yanaşma ilə daxil olmaq istəyirəm” ifadəsini işlədib.

Makroiqtisadi məlumatlar baxımından ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı avqustun 15-də başa çatan həftədə 6 min azalaraq 206 minə düşüb və bazar gözləntilərindən aşağı olub.

Sözügedən inkişaflarla ABŞ-ın 10 illik istiqrazlarının faizi 4,70 faizdən yuxarı qalxarkən, ABŞ-ın 30 illik istiqrazlarının faizi 5,20 faizdən 5,26 faizədək yüksəlib. ABŞ-da dövlət borcunun yüksək səviyyədə olması və istiqraz bazarı ilə bağlı narahatlıqların davam etməsi fonunda dollar indeksi 0,1 faiz azalaraq 98,8 səviyyəsində qərarlaşıb.

ABŞ iqtisadiyyatını idarə edən qurumların bazarlara daha müdaxiləçi mövqe nümayiş etdirməsi də investorların dollara tələbinin azalmasına səbəb olur.

Dollara tələbin azalması qızıl qiymətlərini dəstəkləməyə davam edərkən, qızılın unsiyası 0,4 faiz artaraq 4 min 535 dollardan satılır.

Nyu York birjası gerilədi

Nyu York birjası istiqraz bazarı ilə bağlı narahatlıqların davam etməsi fonunda günü enişlə başa vurub.

ABŞ-ın pərakəndə satış nəhəngi Walmart-ın səhmləri şirkətin satış proqnozlarının gözləntilərdən aşağı qalmasından sonra 9,2 faiz geriləyib.

Sözügedən inkişaflarla Dow Jones indeksi 0,15 faiz, S&P 500 indeksi 0,23 faiz və Nasdaq indeksi 0,45 faiz dəyər itirib. ABŞ-da indeks fyuçersləri isə günə müsbət başlayıb.

Avropa birjalarında qarışıq dinamika

Avropa birjalarında geosiyasi qeyri-müəyyənliklər və artan enerji qiymətlərinin təsiri ilə dünən qarışıq dinamika müşahidə olunub. Trampın son dövrlərdə verdiyi açıqlamalar da Avropa birjalarındakı enişə təsir göstərir.

Analitiklər avqust ayından etibarən neft və təbii qaz qiymətlərindəki artımın sürətlənməsinin təsirlərinin bu gün Avropada açıqlanacaq Satınalma Menecerləri İndeksi (PMI) göstəricilərində əks olunacağını bildiriblər.

Digər tərəfdən, Almaniyanın 5 illik istiqrazlarının faizi 3,008 faizlə 2008-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Almaniyadakı siyasi qeyri-müəyyənliklə yanaşı, müdafiə xərclərinin artacağı gözləntisi fonunda dövlət borcunun rekord səviyyələrə yüksələ biləcəyi proqnozlaşdırılır.

Avropanın ən likvid mərkəzi hesab olunan Niderlandın TTF təbii qaz ticarət məntəqəsində sentyabr fyuçerslərinin 65,9 dollarla mart ayından bəri ən yüksək səviyyəyə çatması da Avropada risk qavrayışının artmasına səbəb olur.

Makroiqtisadi məlumatlar baxımından Almaniyada iyul ayına dair İstehsalçı Qiymətləri İndeksi (ÜFE) aylıq 1,1 faiz, illik isə 3 faiz artaraq gözləntilərdən yüksək olub. Almaniyada ÜFE iyun ayında aylıq 0,3 faiz azalarkən, illik 1,8 faiz artmışdı.

Sözügedən inkişaflarla Fransada CAC 40 indeksi 0,57 faiz, Almaniyada DAX 40 indeksi isə 0,42 faiz dəyər itirib, İtaliyada FTSE MIB 30 indeksi 0,09 faiz, İngiltərədə FTSE 100 indeksi isə 0,04 faiz yüksəlib. Avropada indeks fyuçersləri günə mənfi başlayıb.

Asiya bazarlarında qarışıq dinamika

İstiqraz bazarlarındakı risklər və geosiyasi qeyri-müəyyənliklər Asiya bazarlarına da təsir göstərir. Yaponiyada iyul ayına dair inflyasiya enerji qiymətlərindəki artım səbəbindən 1,9 faizlə dekabr ayından bəri ən yüksək səviyyəyə çatıb.

Sözügedən göstərici Yaponiya Mərkəzi Bankının (BoJ) növbəti addımının sentyabr ayında faiz artımı olacağına dair proqnozların güclənməsinə səbəb olub.

Analitiklər gələn həftə Yaponiyada açıqlanacaq Tokio İstehlakçı Qiymətləri İndeksinin (TÜFE) BoJ-un siyasəti ilə bağlı daha çox ipucu verməsinin gözlənildiyini bildiriblər. Yaponiyada 10 illik istiqrazların faizi 3 baza bəndi artaraq 2,87 faizə yüksəlib.

Samsung Electronics-in 72 milyard dollarlıq səhmdar gəliri planını açıqlayacağı ilə bağlı xəbərlərin ardından şirkətin səhmləri 3,7 faiz artıb.

Bu inkişaflarla sessiyanın bağlanmasına yaxın Yaponiyada Nikkei 225 indeksi 0,5 faiz geriləyib, Cənubi Koreyada Kospi indeksi 0,7 faiz, Honq Konqda Hang Seng indeksi isə 0,7 faiz yüksəlib. Çində Şanxay Kompozit İndeksində isə üfüqi dinamika üstünlük təşkil edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu