36 yaşlı kişi dənizdə batdı - YENİLƏNİB
APA-nın məlumatına görə, hadisə Xəzər dənizinin Astara şəhər ərazisində, nəzarət olunmayan hissədə baş verib. Masallı rayonunun Kosagül kənd sakini olan 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədli yaxın qohumları ilə çimmək üçün dənizə gəlibmiş.
Elmar Məmmədli 5 uşaq atası olub.
***
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Astara rayonunda ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
Astara rayonunda bir nəfər dənizdə batıb.
AFN.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Astara şəhəri sahilindəki “Bulvar” ərazisində baş verib.
İlkin məlumata görə, həmin şəxs Masallı rayonunun Kosagül kənd sakinidir.
Hazırda müvafiq qurumlar tərəfindən şəxsin axtarışları aparılır.


