ABŞ-ın Hörmüzdə gizli neft tankeri dəhlizi yaratdığı iddia edildi



ABŞ ordusunun İranla gərginliyin davam etdiyi Hörmüz boğazında neft tankerlərinin təhlükəsiz keçidini təmin etmək məqsədilə gizli dəhliz yaratdığı iddia edilib.

AFN.az xəbər verir ki, “Axios”un adlarının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə istinadən yaydığı xəbərə görə, bir neçə həftədir davam edən əməliyyat çərçivəsində hər gecə 15-20 neft tankeri Hörmüz boğazının cənub kanalından keçərək bölgəyə daxil olur və bölgədən çıxır.

ABŞ rəsmiləri bu yolla Hörmüz boğazından gündəlik təxminən 10 milyon barel neftin dünya enerji bazarlarına çatdırıldığını iddia ediblər.

Bu miqdarın müharibədən əvvəlki səviyyənin təxminən yarısına bərabər olduğunu bildirən rəsmilər bununla belə, qlobal neft tədarükündəki fasilələrin azaldılmasına əhəmiyyətli töhfə verdiyini irəli sürüblər.

Rəsmilər əməliyyatın yalnız neftlə yüklənmiş tankerlərin boğazdan təhlükəsiz şəkildə çıxarılmasını əhatə etmədiyini, ABŞ ordusunun boş tankerlərin də Oman dənizindən Hörmüz boğazı vasitəsilə Fars körfəzinə daxil olmasına kömək etdiyini iddia ediblər.

Əməliyyatın ABŞ-ın Şimali Karolina ştatındakı Fort Bragg bazasından idarə edildiyini bildirən rəsmilər gəmilərin hər gecə müəyyən edilmiş vaxt aralıqlarında, biri boğazdan çıxış, digəri isə giriş olmaqla iki ayrı konvoy şəklində hərəkət etdiyini və ABŞ ordusunun göstərişləri doğrultusunda cənub kanalından keçdiyini iddia ediblər.

ABŞ rəsmiləri əməliyyatın ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İranın radar və dəniz müşahidə sistemlərini hədəf aldığı iki həftəlik hərbi əməliyyatdan sonra mümkün olduğunu bildiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu