ABŞ-da çarter təyyarəsinin qəzaya uğraması nəticəsində 8 nəfər öldü
ABŞ-da çarter reysi həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 8 nəfərin hamısı həyatını itirib.
AFN.az xəbər verir ki, hadisə Alyaskanın qərbində yerləşən ucqar Cape Newenham Uzun Mənzilli Radar Stansiyasının aerodromunda baş verib.
ABŞ ordusunun açıqlamasına görə, təyyarə Alyaskanın paytaxtı Ankoricdən 725 kilometr qərbdə yerləşən Cape Newenham Uzun Mənzilli Radar Stansiyasında çarter uçuşu həyata keçirərkən qəzaya uğrayıb.
Təyyarədə olan 2 pilot və 6 sərnişin həyatını itirib.
Çarter uçuşunun hansı məqsədlə həyata keçirildiyinə dair əlavə məlumat verilməyib.
Radar stansiyasının Sakit Okean Hərbi Hava Qüvvələrinin Regional Dəstək Mərkəzi tərəfindən idarə edildiyi və Alyaskanın hava məkanında və sərhədlərində fəaliyyət göstərən hava vasitələrini izləyən uzaq radar stansiyaları şəbəkəsinin bir hissəsi olduğu bildirilib.

