Pandemiya Avropada mütəşəkkil cinayətkarlığın yayılması üçün ideal şərait yaradıb


Avropa Birliyi (AB) Polis Xidməti (Europol), koronavirus epidemiyasının mütəşəkkil cinayətkarlığın inkişafı və yayılması ilə bağlı ideal şərait yaratdığına dair xəbərdarlıq edib.


Epidemiya ilə bağlı məhdudiyyətlərin cinayətkar təşkilatlar tərəfindən fürsətə çevrildiyini vurğulayan təşkilat mütəşəkkil cinayətkarlığın heç vaxt bu gün olduğu kimi AB vətəndaşları üçün yüksək təhlükə yaratmadığını bildirib. Mərkəzi qərargahı Hollandiyanın Haaqa şəhərində olan Europol tərəfindən hər 4 ildə bir hazırlanan "AB Ciddi və Mütəşəkkil Cinayət Təhdidlərinin Qiymətləndirilməsi Hesabatı" (AB SOCTA 2021) açıqlanıb. Avropadakı ciddi və mütəşəkkil cinayətkarlıq mühitindəki dəyişikliklərlə bağlı qiymətləndirmələrin yer aldığı hesabatda, koronavirus epidemiyasının mütəşəkkil cinayətkarlığın inkişafı üçün ideal şərait yaratdığı xəbərdarlığı edilib. Hesabatda Covid-19 epidemiyasının II Dünya müharibəsindən bəri Avropanın yaşadığı ən böyük böhranlarından biri olduğu vurğulanıb və cinayətkarların cəmiyyətin bütün təbəqələrini hədəf alan bu fövqəladə vəziyyətdən faydalanmağa çalışdıqları vurğulanıb. Cinayət şəbəkələrin demək olar ki, 60 faizi cinayətlərinin bir hissəsi olaraq şiddətdən istifadə etdiyi qeyd edilib: "Covid-19 epidemiyası və bunun nəticəsində meydana çıxması gözlənilən iqtisadi və sosial problemlər mütəşəkkil cinayətkarlığın AB və dünyanın digər bölgələrində yayılması üçün ideal şərait təhlükəsi yaradır. Epidemiya, cinayət təşkilatlarının əsas xüsusiyyəti olan, fəaliyyət göstərdikləri mühitdəki dəyişikliklərə uyğunlaşmaq və onlardan faydalanmaqda cəld olduqlarını bir daha göstərdi. Maneələri fürsətə çevrirlər ". Euoropola görə, narkotik istehsalı və ticarəti, Avropada ən böyük cinayət olaraq qalır. AB sərhədlərindəki cinayətkar təşkilatların təxminən 40 faizi narkotika ticarəti ilə məşğul olur. İnsan alveri, miqrant qaçaqçılığı, onlayn və oflayn fırıldaqçılıq və mülk cinayətləri də AB vətəndaşları üçün ciddi təhdidlər yaradır. Europolun hesabatında cinayət təşkilatlarının son illərdə fəaliyyətlərini internet mühitinə köçürdükləri vurğulanır. Məlumata görə, internet demək olar ki, hər cinayətdə rol oynayır. Cinayətkarlar öz aralarında ünsiyyət qurmaq üçün şifrəli rabitə xətlərindən istifadə edirlər. Korrupsiya və çirkli pulların yuyulması da Avropada cəmiyyətin təhlükəsizliyini təhdid edən ən vacib cinayətlərdən biridir.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu