Qubad İbadoğlu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib - YENİLƏNİB
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.
Bu barədə "Report"a DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.
Araşdırma aparılır. Əlavə məlumat veriləcək.
***
ADR Partiyasının lideri, tanınmış iqtisadçı alim Qubad İbadoğlunun DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılması xəbəri yayılıb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Hüquq müdafiəçisi Rüfət Səfərov da eyni xəbəri tirajlayıb.