Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq - Mikayıl Cabbarov


Azərbaycanın vəzifəsi 2030-cu ilədək yeni 10 illik inkişaf planına uyğun olaraq ölkənin ÜDM-sini iki qat artırmaqdır. Bu isə orta illik iqtisadi artım tempi 7 faizə bərabər olmasını tələb edir.



Trend-in məlumatına görə, bunu "Bloomberg"ə müsahibəsi zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu il Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulması üçün 2,2 milyard manat (1,3 milyard dollar) ayırılacaq:

"Koronavirusun yayılması və Azərbaycanın daha əvvəl işğal altında olan əraziləri üzərində nəzarəti bərpa etdiyi Ermənistanla müharibə nəticəsində yaranan tənəzzüldən sonra bu il Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir".

Onun sözlərinə görə, ümumi daxili məhsulun 2020-ci ildə 4,3 faiz azalmasından sonra 3,4 faiz artması proqnozlaşdırılır: "2021-ci il üçün proqnozlarımız Beynəlxalq Valyuta Fondu və Dünya Bankının proqnozlarına nisbətən daha optimistikdir".

M.Cabbarov qeyd edib ki, Dünya Bankı bu il Azərbaycanda iqtisadi artımı 1,9 faiz, BVF isə 2 faiz proqnozlaşdırır: "Artımın ölkədə bazar ertəsi başlayan uğurlu vaksinasiya proqramından asılı olmağına baxmayaraq, biz Azərbaycan iqtisadiyyatının rifahı üçün vacib olan digər səhələrə də çox inanırıq".

Onun sözlərinə görə, keçmiş Sovet İttifaqında üçüncü ən böyük neft istehsalçısının iqtisadiyyatı 2016-cı ildən bəri ilk dəfə keçən il azaldı. Buna isə epidemiya fonunda izolyasiya tədbirləri və neftin qiymətinin düşməsi səbəb oldu.

Nazir bildirib ki, müharibədən sonra "yeni geosiyasi reallıq" Azərbaycanda artımın və əhalinin məşğulluğuna əhəmiyyətli dərəcədə kömək edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu