Qarabağın yenidən qurulmasına ayrılan ümumi vəsait on milyard dollara çatacaq


"Azərbaycanın azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərinə indiyədək dövlət büdcəsindən 7 milyard dollar sərf edilib. Gələn il üçün 2,4 milyard dollar ayrılması nəzərdə tutulur”.


APA xəbər verir ki, SPECA Rəhbər Şurasının 18-ci iclasında çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir, həmçinin əlavə edib ki, Azərbaycanın birbaşa xarici borcu ÜDM-in 10 faizi civarındadır. Azərbaycanın valyuta ehtiyatları birbaşa xarici borcunu 10 dəfə üstələyir.

"Son 20 ildə ümumi investisiyalar 300 milyard dollardan çox olub, bunun 190 milyard dolları qeyri-enerji sektoruna qoyulub”, - deyə Mikayıl Cabbarov əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu