“Qarabağ vergisi tətbiq olunmalıdır” - Natiq Cəfərlidən unikal təklif


“1 faizlik Qarabağ vergisi həm dayanışma, həm vətəndaşların birgə fəaliyyət nümunəsi, həm də müxtəlif iqtisadi fürsətlər yaradıb, dövlət büdcəsinə dəstək də ola bilər”.



İqtisadçı ekspert, ReAL partiyasının icra katibi Natiq Cəfərli ölkədə Qarabağ vergisinin tətbiq olunmasını təklif edir. Musavat.com xəbər verir ki, o bu barədə TV Müsavatın efirində yayımlanan “Canlı debat” verilişinə qonaq olarkən deyib. N.Cəfərli ümumən müxtəlif fondların dövlət tərəfindən yaradılmasının əleyhinə olduğunu deyib. Onun fikrincə, bu, könül işidir və kifayət qədər vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayacaq məsələdir: “Dövlət burdan kənar dayanmalıdır. İctimai təşəbbüslərə qapı açmalıdır. Müxtəlif qurumlar yarana bilər. Məsələn, Türkiyədə də çoxsaylı vəqflər var. Məhz şəhid və qazi ailələri ilə bağlı 20-dən çox vəqf var. Öz telefonundan qısa nömrəyə pul köçürə bilirsən. Ordan qısa nömrəyə mesaj atırsan və bir lirədən min lirəyə qədər o hesaba vəsait köçürmək imkanın olur. Bu yol daha doğrudur. Vətəndaş təşəbbüskarlığı olmalıdır və bu işi vətəndaşlar görməlidir. Daha hansısa fond yaradıb, hansısa şirkətə deyə bilməzsən ki, bir milyon pul köçür. Bunun da adını sonra vətəndaş təşəbbüskarlığı qoya bilməzsən. Bu fondlar dolayı vergiləndirməyə gətirib çıxarır. Dolayı vergiləndirmədən imtina etmək lazımdır. Normal vergi sistemində Qarabağla, Qarabağın dirçəldilməsi ilə bağlı əlavə bir faizlik vergi qoyulması daha məntiqlidir. Bu, ya ƏDV(əlavə dəyər vergisi) formasında ola bilər. Məsələn, indi 18 faizdir, olsun 19 faiz. Biz bir faizlə böyük problem yaşamarıq. Ya da gəlir vergisinə əlavə etmək olar. Dpvlət qurumlarında çalışanlar gəlir vergisini 14 faiz ödəyirlər. Bunu 15 faizə çatdırmaq olar. Zatən onların maaşından tutub, hansısa fondlara köçürürlər. Bu, doğru olmayan yoldur. Ondansa belə vergi olsun və üstəlik, şəffaf olsun. Belə bir faizlik vergi Azərbaycanda vergidən daxil olmalar, gömrükdən daxil olmaları götürsək, bu, təxminən 10 milyard manat vəsaitdir. Bunun 1 faizini ayrıca bir fonda, büdcənin ayrıca bir qoluna köçürülsə, bu, kifayət qədər ciddi bir dəstək ola bilər. Qarabağda aparılacaq işlərə və orda vətəndaş iştirakçılığını da təmin etmiş ola bilər”.

N.Cəfərli hesab edir ki, amma daha məntiqli addım Qarabağın işğaldan azad edilmiş rayonların bərpasının ümumi vizyonunun, planının olmasıdır: “Yəni, mən indi tez-tez mətbuatda görürəm ki, Ağdamı, Füzulini, Zəngilanı, Qubadlını belə bərpa edəcəyik. Bu, doğru yanaşma deyil. Bir kompleks olmalıdır və bir-birini tamamlayan yanaşma olmalıdır. Ağdamda bir müəssisə olacaqsa, bunun xammalı Füzulidən və ya Zəngilandan, Qubadlıdan gəlməlidir. Bir-brini tamamlayan məsələlər olmalıdır – bu, bir. İkincisi, biz işğaldan azad edilmiş torpaqlarda nə qurmaq istəyirik? Biz oranı necə görürük? Bu, çox vacibdir. Söhbət bina tikintisindən getmir, binaların bərpasından getmir. Ümumiyyətlə, iqtisadi fürsətlərdən gedir ki, biz orda hansı iqtisadi fürsətlərin olmasını istəyirik? Bunun üçün dövlət hansı təşviq proqramları həyata keçirəcək? Çünki əhalinin köçürülməsi azdır, məşğuliyyət, iqtisadi fürsətlər də olmalıdır. İqtisadi fürsətlər olmasa, əhalinin ora köçürülməsini nə mənası olacaq? İnsanlar orda nə edəcək? İnsanlar yenə ağzını açıb, dövlətdən pul istəyəcək. Orda fürsətlər açılmalıdır. Ciddi, iqtisadi təmərgüzləşmə olmalıdır. Hər bir qəsəbənin, kəndin özünün rolu olmalıdır. Məsələn, Qubadlıdan dnaışırqsa, orda heyvandarlıq inkişaf etdirilməlidir. Kələcərdən danışırıqsa, orda həm turizm, həm heyvandarlıq inkişaf etdirilməlidir. Cəbrayıl, Füzuli və Zəngilanda isə mənim arzum bir-iki universitetin açılmasıdır. Dünyada məşhur olan universitetlərin filiallarının açılmasını istəyirəm. Qardaş Türkiyə ilə danışmaq olar. Çox tanınmış, Avropanın top 500-lüyünə düşən universitetlərin birgə tikinti universitetləri açıla bilər. Minlərlə tələbə orda təhsil ala bilər. Həm elmi potensialımız artacaq, həm də universitetlər iqtisadi fürsətlər yaradan bir şəbəkəyə çevriləcək. Bir universitetdə 10 minə yaxın tələbə oxuyacaqsa, bu nə deməkdir? Bunun kafeləri, restoranlarə, xidmət sahələri olacaq. Bu, iqtisadi fürsətlər yaradan sahədir. Belə bir yanaşma olacaqsa, lap yaxşıdır. Bəlkə də əyləncə məkəzlərindən birini də orda yaratmaq olar. Cəbrayılda və yaxud da Zəngilanda. Çünki orda təbii fürsətlər daha azdır. Bir əyləncə mərkəzi açmaq olar. Disney Land, Batumi şəhərindəki kimi. İnsanlar dincəlməyə ora gəlsinlər. Las Veqas kimi bir şəhər. Xəyal şəhəri”.

N.Cəfərli hesab edir ki, biz əvvəlcədən nə istədiyimizi bilməliyik və qarşımızda bərpa planı olmalıdır: “Vətəndaşlar burda könüllü şəkildə də, vergi ödəyicisi kimi də, investor kimi də iştirak edə bilər. Bunu bir-biri ilə tamamlamaq lazımdır. 1 faizlik Qarabağ vergisi həm dayanışma, həm vətəndaşların birgə fəaliyyət nümunəsi ola bilər, həm də müxtəlif iqtisadi fürsətlər yaradıb, dövlət büdcəsinə dəstək də ola bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45