Milli burjuaziyanın Türkiyə nümunəsi - ŞƏRH


Türkiyədə milli burjuaziya, onların etdikləri yardımlar var, əsas məsələ də budur.


AFN.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli qardaş ölkədə zəlzələdən zərərçəkənlərə yardım etmək üçün təşkil edilən və TV-lərdə canlı yayımlanan "Tək ürək" kampaniyasını şərh edərkən bildirib. Ekspertin sözlərinə görə, həmin şirkərlər Türkiyə iqtisadiyyatının dayağıdır: "Onlar tək belə yardım kampaniyalarında aktiv olmurlar, həm də seçki sürəcinə qatılır, dəyərlərinə və vizionuna inandığı partiyalara maddi yardımlar edirlər, onları dəstəkləyirlər".
N.Cəfərli bildirib ki, milli burjuaziya əsl sabitliyin, siyasi rəngarəngliyin dayağına çevrilir, siyasəti mədəni reyslər üzərinə oturmasına yardımçı olur: "Bizdə milli burjuaziya yoxdur, yaranmadı, biznes məmurlaşdı, ya da məmur bizneslə diffuziya əlaqəsinə girdi – bu isə məmləkətdə siyasəti dəyərsizləşdirdi, ideologiyasızlaşdırdı, ona görə də bizdə cəmiyyət, toplum sağlam ideoloji maraq qruplarından deyil də, müxtəlif ölkələrə azarkeşlik edən çevrələrdən ibarətdir. Bu isə əsl sabitlik üçün təhlükədir, ölkədə siyasətlə məşğul olmağı çətinləşdirən amildir. İdeoloji siyasi qruplar olmayanda önə ya qaba güc (iqtidar), ya da populistlər (bəzi özünə müxalif deyənlər) çıxır, hər kəsin, hər kəsimin xoşuna gəlməyə çalışan siyasətçilər yaranır ki, bu da keyfiyyətsiz diskursa səbəb olur. Milli burjuaziyanın yaranması isə rəqabətli iqtisadi model olmadan mümkün deyil, rəqabətli iqtisadi modelin təməli isə ədalətli məhkəmə sistemidir, ədalətli məhkəmə sistemi isə azad seçkidən doğur".
Yardım kampaniyasının çox gözəl, duyğusal təşkil olunduğunu deyən N.Cəfərlinin sözlərinə görə, Türkiyə toplumu birliyini, bərabərliyini, çətinliklərə birgə sinə gəlmək bacarığını bir daha göstərdi. Ümumilikdə 115 mlrd. lirədən çox vəsait toplanan kampaniyada təbii ki, bəzi suallar da yarandı: "Məsələn, yardımın yarıdan çoxunu dövlət qurumları və şirkətləri etdi ki, bu anlaşılan deyil – dövlət qurumları və şirkətlərinin əlavə qazancı varsa, bu pul zatən dövlətin büdcəsinə ödənilməlidir, ona görə də Mərkəzi Bankın, dövlət banklarının, iri dövlət şirkətlərinin vəsait köçürməsini PR etmələri də anlaşılan deyil".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu