İsrail səfirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib


İsrailin Azərbaycandakı səfirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.


Bu barədə İsrail səfirliyindən xəbər verilib.

“Bu gün, Anım günündə səfir Corc Dik və səfirliyin əməkdaşları Azərbaycan xalqı ilə həmrəylik əlaməti olaraq müharibə şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Biz regionda sülh üçün dua edir və həlak olanların ailələrinə baş sağlığı veririk”, - səfirliyin tviterdəki paylaşımında deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu