Şuşada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb


Şuşa şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.



Bu gün ölkənin hər yerində olduğu kimi, saat 12:00-da Şuşa şəhərində də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Anım mərasimləri şəhərin müxtəlif məkanlarında baş tutub. Şəhərdə nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal veriblər.

Eyni zamanda, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş digər qəhrəman Vətən övladlarının xatirəsinə də sayğı duruşu göstərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu