FHN-in xəstəxanasında ölənlərin yaxınları etiraz edirlər - Xəstəmizə zəng çatmır...(FOTOLAR)


AFN-in FHN-in modul tipli xəstəxanasında baş verən hadisə ilə bağlı dünən gecə yaydığı xəbər, təəssüf ki, təsdiqini tapıb.



Artıq hadisə nəticəsində ölənlərdən bəzilərinin adları da məlum olub. Nazirliyin var gücü ilə gizlətməyə çalışdığı hadisə nəticəsində onlarla adamın öldüyü bildirilir. Bəzi mənbələr 57, bəzi mənbələr 46 nəfərin öldüyünü bildirirlər. AFN-ə bu gün məlumat verən xəstə yaxınları isə azı 90 nəfərin dünyasını dəyişdiyini bildirirdilər.
Qeyd edək ki, dünən gecə saatlarında FHN-in Zığda yerləşən modul tipli stansiyasında 4 oksigen stansiyasından birinin sıradan çıxması nəticəsində 17, 18 və 19-cu korpuslarda oksigen təminatı kəsilib. Nəticədə xüsusilə də reanimasiyada olan xəstələrin vəziyyəti ağırlaşıb, onların bir çoxunun dünyasını dəyişdiyi bildirilir. Xəstə yaxınları onu da bildirirlər ki, gecə səhərə qədər vəfat edənlərin cəsədlərini guya başqa xəstəxanaya köçürmək adı ilə TTY maşınkarı ilə xəstəxanadan çıxarıblar.
Hadisə nəticəsində dünyasını dəyişənlərdən birinin Məmmədov Məhərrəm Yusif oğlu olduğu bildirilir. Sosial şəbəkələrdə ölənlərin və çətin duruma düşən və hadisədən sonra telefonlarına zəng çatmayan xəstələrin yaxınları da etiraz edirlər. Həmin etirazlardan bəzilərini təqdim edirik. Rəyləri oxuduqda hər şey gün kimi aydın olur. Lakin təəssüf ki, FHN hər zamankı kimi inkar mövqeyini seçib.



FHN-in xəstəxanasında ölənlərin yaxınları etiraz edirlər -
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu