QHT sədri FHN-in xəstəxanasındakı qəza zamanı həyatını itirdi


"Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyinin sədri Bəxtimşah Tağıyeva FHN-in ZIĞ-da yerləşən modul tipli xəstəxanasının oksigen stansiyasında baş verən qəza nəticəsində dünyasını dəyişib.



AFN-in xəbərinə görə, bu barədə B.Tağıyevanı tanıyanlar məlumat veriblər. Bildirilir ki, B.Tağıyeva dekabrın 16-da feyzbukda status yazaraq koronavirusa tutulduğunu bildirib. Həmçinin qeyd edib ki, 4 gündür xəstəlikdən əziyyət çəkir, verdiyi testin cavabı hələ çıxmasa da, KT nəticəsində ciyərlərində 50-60 faiz buzlaşma olduğu üzə çıxıb. "Güclə bu gün təcili yardım tapmışıq gətirib xəstəxanaya" deyə o, qeyd edib. Bundan bir neçə saat sonra dekabrın 16-dan 17-nə keçən gecə isə o, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, həmin gecə FHN-in modul tipli xəstəxanasında 4 oksigen stansiyasından birində baş verən qəza nəticəsində 4 korpusa oksigen verilməsi mümkün olmayıb. Nəticədə yüzdən çox xəstənin öldüyü bildirilsə də, FHN hadisəni inkar edir.
Artıq qəza nəticəsində ölənlərin yaxınlarının etirazları başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu