Amsterdamda iğtişaşlardan sonra saxlanılanların sayı 190 nəfərə çatıb


Amsterdamda hökumətin COVID-19 ilə mübarizə tədbirləri çərçivəsində tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi ilə əlaqədar keçirilən etiraz aksiyasında iştirak etdiyinə görə 190 nəfər saxlanılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat verib.

Məlumata görə, Muzey meydanında keçirilən nümayişdən sonra 33 nəfər (bunlardan 7-si yetkinlik yaşına çatmayanlardır) əsasən açıq zorakılıq hərəkətləri etdiklərinə görə, 142 nəfər bələdiyyə qanunvericiliyinin pozulması ilə əlaqədar, 15 nəfər isə 184-cü maddənin pozulmasına görə saxlanılıb.

Qeyd edək ki, Niderlandda dekabr ayının ortalarından tətbiq edilən, demək olar, tam lokdaunun müddəti fevralın 9-dək uzadılıb. Ölkədə qida məhsulları və ilkin zəruri mallar satanlar xaricində heç bir mağaza işləmir. Eyni zamanda, restoran və kafelər, muzeylər və teatrlar, əyləncə parkları və zooparklar, kazino və saunalar, hovuzlar, idman salonları, bərbərxanalar, gözəllik salonları və döymə salonları bağlıdır.

Dünəndən etibarən Niderlandda komendant saatı tətbiq edilir. Saat 21:00-dan 04:30-dək üzrlü səbəb olmadan küçələrə çıxmaq qadağandır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu