İrəvanda keçirilən etiraz aksiyalarında 16 nəfər saxlanılıb


Ötən gün İrəvanda keçirilən iki etiraz aksiyasında ümumilikdə 16 nəfər saxlanılıb.



Bu barədə AFN.az Ermənistan KİV-ə istinadən xəbər verir.

Bildirilib ki, 11 nəfər hökumət binası yaxınlığında, 5 nəfər isə Rusiya səfirliyi yaxınlığında saxlanılıb.

Daha əvvəl hökumət binasının qarşısına 500 etirazçının toplaşdığı barədə məlumat verilmişdi. Onlar hökumət əleyhinə şüarlar səsləndiriblər. Nümayişçilərlə polis arasında toqquşma nəticəsində 16 polis daxil olmaqla, 34 nəfər xəsarət alıb.

Xatırladaq ki, ötən gün axşam saatlarında Rusiyanın İrəvandakı səfirliyinin binasına giriş-çıxış etirazçılar tərəfindən bağlanmışdı. Diplomatik nümayəndəlik tədbir görmək üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu