İrəvanda KTMT sammitinin keçirilməsinə etiraz edən 4 nəfər saxlanılıb


İrəvanda Ermənistan Avropa Partiyasının lideri Tiqran Xzmalyan saxlanılıb.



AFN.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yerli polisə istinadən məlumat yayıb.

Ondan başqa daha 3 nəfərin həbs olunduğu bildirilir.

T.Xzmalyan İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə qarşı etiraz aksiyası təşkil etmək istəyərkən saxlanılıb.

Onlara qarşı İnzibati Xətalar Məcəlləsinin 182-ci (“Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq”) maddəsi ilə ittiham irəli sürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu