İrəvanda partiya sədri polis tərəfindən saxlanılıb


Ermənistanın paytaxtı İrəvanda keçirilən KTMT sammitinə qarşı etiraz aksiyası təşkil etmək istəyən “Avropa” partiyasının lideri Tiqran Xzmalyan polis tərəfindən saxlanılıb.



AFN.az xəbər verir ki, bu barədə İrəvan polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Paronyan küçəsində aksiya keçirməyə çalışan ümumilikdə 4 nəfər saxlanılıb və onların barəsində İnzibati Xətalar Məcəlləsinin 182-ci (“Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaq”) maddəsi ilə iş açılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu