ABŞ-ın vitse-prezidenti ikinci dəfə peyvənd olundu


ABŞ-ın vitse-prezidenti Kamala Harris və əri Duqlas Emhoff çərşənbə axşamı ikinci dəfə koronavirusdan peyvənd ediliblər.

“Report” xəbər verir ki, peyvəndin yayımı Ağ Evin saytında aparılıb.

"Bu həqiqətən ağrılı deyildi", - vaksinləmədən sonra Harris deyib. Peyvənd ABŞ-ın Milli Səhiyyə İnstitutunun mütəxəssislərinin iştirakı ilə hazırlanıb.

Vitse-prezident institutun əməkdaşlarına buna görə təşəkkür edib. "Görülən iş ictimai səhiyyəni gücləndirəcək”, - Harris qeyd edib: “Mən hamını peyvənd olunmağa çağırıram. Bu, qətiyyən ağrılı deyil və sizin həyatınızı qoruyacaq".

"Zəmanət vermək lazımdır ki, hər kəs peyvəndi alsın. Prezident Co Baydenin və şəxsən öz adımdan sizə (səhiyyə sahəsinin əməkdaşlarına-red) gündəlik işə görə təşəkkür edirəm”, - o deyib: “Bizim vəzifəmiz 100 gün ərzində 100 milyon peyvəndə nail olmaqdır, bunun üçün lazım olan hər şeyi etməyə davam edək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu