Kamala Harris: ABŞ-ın İsrailə qoşun göndərmək niyyəti yoxdur


ABŞ-ın vitse-prezidenti Kamala Harris bildirib ki, ABŞ İsrailə qoşun göndərmək niyyətində deyil.


“Bizim İsrailə və ya Qəzzaya qoşun göndərmək niyyətimiz və ya planımız qətiyyən yoxdur,” - deyə o, CBS telekanalının "60 Dəqiqə" verilişində bildirib.

Keçən həftə ABŞ İsrailə hərbi məsləhətçilər, o cümlədən İraqda şəhər müharibəsində təcrübəli bir zabit göndərdiyini açıqladı. ABŞ, həmçinin Hizbullahı müharibəyə girmək cəhdindən yayındırmaq üçün bölgəyə Hərbi Dəniz Qüvvələrinə məxsus iki təyyarədaşıyan qrup göndərib.

Harris qeyd edib ki, ABŞ İsraili avadanlıq və məsləhətlə dəstəkləyir, lakin ona müharibənin necə aparılacağını demir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu