ABŞ-ın vitse-prezidenti Polşadadır
ABŞ-ın vitse-prezidenti Kamala Harris yerli hakimiyyət orqanları ilə Rusiyanın Ukraynaya silahlı müdaxiləsi nəticəsində bölgədəki vəziyyəti müzakirə etmək üçün Polşada səfərdədir.
AFN.az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, Harrisin Ukraynada baş verənləri müzakirə etmək və bu ölkəyə yardımın artırılması yollarını müzakirə etmək üçün Polşa prezidenti Anjey Duda, eləcə də digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.
Bölgəyə üç günlük səfəri zamanı Harris Rumıniyaya da səfər etməyi planlaşdırır.
Ağ Evin məlumatına görə, ABŞ vitse-prezidenti bu ölkələrə səfəri zamanı Ukraynaya iqtisadi və humanitar yardım məsələlərinə xüsusi diqqət yetirmək niyyətindədir.
"Danışıqlar zamanı vitse-prezident Ukraynadan qaçqın axını ilə üzləşən qonşu ölkələrə yardımı da müzakirə edəcək", - Harrisin sözçüsü bildirib.