Bayden Polşaya səfər edəcək - gündəmdə Ukraynadır
ABŞ prezidenti Co Bayden Polşaya işgüzar səfərə gedir.
AFN.az-ın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer məlumat verib. Baydenin səfəri fevralın 20-22-də baş tutacaq. Karine Jan-Pyer bildirib ki, səfər çərçivəsində Polşa prezidenti Anjey Duda və regionun digər ölkələrinin rəhbərləri ilə görüş planlaşdırılır.
ABŞ prezidenti həmçinin Rusiyanın Ukraynaya təcavüzünün ildönümü ilə bağlı çıxış edəcək.
"Prezident il boyu Ukraynaya dəstəklə bağlı beynəlxalq ictimaiyyətin qətiyyəti və birliyinin vacibliyindən danışmaq istəyir. Növbəti həftələrin və ayların kritik olacağını biz bilirik. Bu səbəbdən də ABŞ Ukraynaya dəstəyini yaxın gələcəkdə davam etdirəcək". Bunu da Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib. Co Bayden Polşada yeni hərbi yardım paketi haqa açıqlama verəcəkmi? Suala Kirbinin cavabı belə olub: “Prezident aydın şəkildə mesaj verəcək ki, Birləşmiş Ştatlar Ukraynanı nə qədər lazımdırsa, o qədər dəstəkləyəcək”.