Putin Paşinyan görüşü iki ölkə arasında qalmaqala çevrildi


Ermənistan hakimiyyətinin Paşinyanla Putin arasında baş tutan telefon danışığndan sonra verdiyi açıqlama iki ölkə arasında əməlli başlı qalmaqala çevrilib.



“Ölkə.Az” xəbər verir ki, Paşinyan hakimiyyətinin Putinlə görüşün yekunu olaraq yaydığı açıqlamanı Kreml təkzib etmək məcburiyyətində qalıb. RF Prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, telefon danışığında Vladimir Putin Ermənistandakı vəziyyətin qanunlar çərçivəsində tənzimlənməsini dilə gətirib.

Ermənistan hökumətinin rəsmi saytında isə qeyd edilib ki, Prezident Putin Ermənistanın qanuni hakimiyyətinə dəstəyini bildirib. Peskov qeyd edib ki, telefon danışığında qanuni hakimiyyətin dəstəklənməsi barədə nə bir fikir, nə də bir kəlmə işlədilməyib, Putin sadəcə ölkədə sabitliyin qorunmasını və vəziyyətin qanun çərçivəsində həll olunmasını dilə gətirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu