Bakıda 20 manata necə dolanmaq olar?


Kiloqramı 10 manat olan qoz ləpəsəinin 250 qramına 2 manat 50 qəpik, kiloqramı 20 manat olan püstənin 200 qramına 4 manat, kiloqramı 10 manat olan innabın 100 qramına 1 manat verdik. 4 ədəd portağal, 2 alma, 2 heyva və bir limona 3 manat xərclədik.



Kiloqramı 80 qəpik olan kartof və kiloqramı 1 manat olan soğan bizə 2 manata başa gəldi.

1 kiloqramı 60 qəpik olan Xaçmaz pomidoruna büdcəmizdən 70 qəpik, göyərtinin 7 dəstəsinə isə 1 manat verdik.

Bazarlıq gedişində ət almaq da könlümüzdən keçdi.

Amma qiyməti baha olduğundan bu fikirdən daşınmalı olduq. Bir sözlə bütün aldıqlarımıza 14 manat 10 qəpik xərclədik.

Beləliklə əlimdə olan 20 manatın 4 manatını taksiyə, 14 manat 10 qəpiyini isə bazarlığa xərcləyəndən sonra 1 manat 90 qəpik pulum qaldı. Yarmarkada olan alıcılar da alış verişləri barədə fikkirləri ilə bölüşdülər. //Anews.az




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu