Kolbasa-sosiska məhsulları bahalaşdı


Kolbasa və sosiska məhsullarının qiyməti bahalaşıb.


Bu barədə Bizim.Media-ya mağaza sahibləri məlumat verib.

Sahibkarların bildirdiyinə görə, məhsulların qiymətinin qalxacağı ilə bağlı bir ay əvvəldən məlumatlar dolaşıb:

“Bir ay idi ki, məhsul gətirən nümayəndələr qiymətlərin yüksələcəyini deyirdilər. Nəhayət, kolbasa və sosis məhsullarının kilosunda 40 qəpik artım oldu. Əvvəl 10 manata satdığımız məhsul 10 manat 40 qəpik oldu. Bu günə kimi “Manqalüstü” sosislərini 12 manat 50- qəpiyə satırdıq. Artıq 12 manat 90 qəpik oldu”.

Mağaza sahibi onu da bildirib ki, əhali arasında bəzi az tanınan markalar qiymət artımı etməyib:

“Məsələn, “1000 Bərəkət Halal Nemət”-in bütün məhsullarında 40 qəpik bahalaşma oldu, ancaq bəzi daha az tanınan istehsalçılar hələ ki, qiyməti artırmayıblar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu