Respublika Atçılıq Mərkəzində saxlanılan cins atların dəhşətli görüntüsü - FOTOLAR


Azərbaycan Mədəniyyət Nazirliyinin balansındakı Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzində saxlanılan cins atlar yem çatışmazlığı səbəbindən aclıq çəkirlər.


Bu barədə sosial şəbəkədə paylaşım edilib. Məlumatda bildirilib ki, sözügedən mərkəz Şəkinin Daşüz kəndində yerləşir.

Bir zamanlar şöhrəti bütün ölkəyə yayılmış Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi Azərbaycan atçılığının "qızıl fond"larından biri hesab edilir. Sosial şəbəkələrdə yayılan fotolar isə sübut edir ki, "qızıl fond"umuza biganə münasibət var.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu